“Könüllülük pedaqogikasının öyrənilməsi” layihəsi çərçivəsində seminar keçirildi - FOTO

13:44 - 7 Oktyabr 2024

“Könüllülük pedaqogikasının öyrənilməsi” layihəsi çərçivəsində seminar keçirildi - FOTO

“Estafet” Gənclərin İctimai Birliyi “Könüllülük pedaqogikasının öyrənilməsi” adlı layihəsinin icrasını davam etdirir.


Manset.az xəbər verir ki, layihə çərçivəsində oktyabrın 4-də Naxçıvan Gənclər Mərkəzində seminar keçirilib.

Layihənin rəhbəri Arzu Qasımov çıxış edərək bildirib ki, humanist məzmuna malik könüllülük fəaliyyətinin pedaqoji əsaslarının öyrənilməsi və bu fəaliyyətin pedaqoji mahiyyətinin gənclərə aşılanması layihənin əsas məqsədidir.
Könüllülük pedaqogikasını bilən gənclər və ya fəaliyyətində bu pedaqogikanı əsas tutan təşkilatlar daha yaxşı və tez bir zamanda uğurlu nəticələr əldə edə biləcəklər. Belə ki, bu fəaliyyətin pedaqogikasını dərk edən gənclər başqalarına hörmət etmək, səbrli olmaq, liderlik, pedaqoji takt kimi fəaliyyətləri əxz etməklə sağlam vətəndaşlıq mövqeyi sərgiləyə biləcəklər.

Sonra seminara start verilib. Seminar pedaqogika üzrə fəlsəfə doktoru Gülmira Hacıyevanın təqdimatında “Könüllülüyün pedaqoji fenomeni” mövzusunda baş tutub.

Seminarda könüllülüyün pedaqoji fenomenindən danışan mütəxəssis qeyd edib, ki, könüllülük pedaqogikasını anlayaraq bu fəaliyyətə qoşulan gənclərin həyatına yenilik gələcək və səmərəli bir işlə məşğul olduqlarının fərqində olaraq günlərini daha rəngarəng edəcəklər.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, tərəfdaşları Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialı və Naxçıvan Müəllimlər İnstitutudur.



Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin