Azərbaycan NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
24 Noyabr 2024
12:56 - 7 Oktyabr 2024
Superliqanın 8-ci həftəsində "Qalatasaray" öz meydanında "Alanyaspor"u 1:0 hesabı ilə məğlub edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk, "Alanyaspor" üzərində 1:0 hesablı qələbədən sonra açıqlama verib.
"Gündəmimiz futboldan çox şiddətdir. Bunu pisləməklə başlamaq istəyirəm. Buna reaksiya vermək lazımdır. Futbolda da çox şiddət var. "Qalatasaray" kimi başladıq, oynadıq, qalib gəldik. Rəqibimizə çox mövqe vermədik. “Beşiktaş” matçında da penaltini gördük. İki matçdan hansını soruşsanız, deyərdim ki, bizimki penaltidir. Hər ikisi verilməyə bilər. 22 gün ərzində yavaş tempdə 7 oyun keçirdik. İkinci hissədə yorğunluq yarandı. Məqsədimiz qələbə qazanıb fasiləyə çıxmaqdı. Liderik, liqada son 26 matçın 24-də qalib gələn “Qalatasaray” var. Futbolçularımızı təbrik etmək istəyirəm. Mümkün olan ən güclü şəkildə müdaxilə edirik".
Okan Buruk onun haqqında deyilən tənqidlərə əhəmiyyət vermədiyini bildirib və deyib:
"Bu gün xilas oldum. Covanni van Bronkhorstdan danışılır. Biz qalib gələndə Mourinyonu tənqid etdilər. Məğlub olanda 2 həftə tənqid olundum. Güman edirəm ki, bu gün də Bronkhorst tənqid olunacaq. Haqlı və ya ədalətsiz tənqidlər olacaq, belə olmalıdır. Bir şey var ki, mən heç nəyə əhəmmiyət vermirəm, buna görə də çox narahat olmayın".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin