Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
12:10 - 7 Oktyabr 2024
Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, o, heç vaxt Ukraynanın NATO-ya üzvlüyünə razı olmayacaq.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Nə qədər ki, mən Slovakiya hökumətinin başçısıyam, hakim partiyanın sədri kimi mənim nəzarətimdə olan parlament üzvlərinə Ukraynanın NATO-ya daxil olmasına heç vaxt razılıq verməməyi tapşıracağam”, – Baş nazir qeyd edib.
Bundan əlavə, Slovakiyanın Baş naziri dəvət olunmaq şərti ilə 2025-ci ilin mayında İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümü üçün Moskvaya gəlmək imkanını nəzərdən keçirdiyini söyləyib.
Qeyd edək ki, 1949-cu il müqaviləsinə uyğun olaraq NATO-ya üzvlük üçün alyansa daxil olan bütün ölkələrin yekdil razılığı lazımdır.
Robert Fiko 2023-cü ilin oktyabrından Baş nazir postunu tutur, səlahiyyət müddəti 2027-ci ilə qədərdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin