Robert Fiko Ukraynanın NATO-ya üzv olmasının qarşısını alacağına söz verdi

12:10 - 7 Oktyabr 2024

Robert Fiko Ukraynanın NATO-ya üzv olmasının qarşısını alacağına söz verdi

Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, o, heç vaxt Ukraynanın NATO-ya üzvlüyünə razı olmayacaq.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Nə qədər ki, mən Slovakiya hökumətinin başçısıyam, hakim partiyanın sədri kimi mənim nəzarətimdə olan parlament üzvlərinə Ukraynanın NATO-ya daxil olmasına heç vaxt razılıq verməməyi tapşıracağam”, – Baş nazir qeyd edib.

Bundan əlavə, Slovakiyanın Baş naziri dəvət olunmaq şərti ilə 2025-ci ilin mayında İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümü üçün Moskvaya gəlmək imkanını nəzərdən keçirdiyini söyləyib.

Qeyd edək ki, 1949-cu il müqaviləsinə uyğun olaraq NATO-ya üzvlük üçün alyansa daxil olan bütün ölkələrin yekdil razılığı lazımdır.

Robert Fiko 2023-cü ilin oktyabrından Baş nazir postunu tutur, səlahiyyət müddəti 2027-ci ilə qədərdir.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin