Türkiyənin birinci xanımı Azərbaycan xalqını təbrik etdi

17:58 - 8 Noyabr 2021

Türkiyənin birinci xanımı Azərbaycan xalqını təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Manşet.az xəbər verir ki, birinci xanım bu barədə Tvitter hesabında yazıb.

“Can Azərbaycanın vətən torpağı Qarabağı əzmkar mübarizə ilə azad etməsinin birinci ildönümünü canı-könüldən təbrik edirəm. Vətən sevgisi vətən torpağına qarışmış bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi minnətdarlıqla anıram”, - deyə paylaşımda qeyd olunub.

 

 


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin