Bu qanunu pozanları 15 ilədək HƏBS GÖZLƏYİR - Cinayət Məcəlləsində YENİ MADDƏ
18 Noyabr 2024
17:50 - 8 Noyabr 2021
“Addım-A” uşaq bağçasında Zəfər günü münasibəti ilə bayram tədbiri keçirilib.
Manşet.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə uşaqlar ilk öncə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad ediblər. Onlar daha sonra “Azərbaycan” mahnısını ifa ediblər.
Bağçanın müdiri Aynur xanım qonaqları salamlayaraq 44 günlük II Qarabağ müharibəsi və Zəfər günü haqqında danışıb.
O bildirib ki, tədbirin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad etmək, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qorumaqdır.
Tədbir boyunca balacalar müharibə və qələbədən bəhs edən səhnəciklər göstərib, mahnılar oxuyub, şeirlər deyiblər.
Sonda uşaqlar “Azərbaycan” mahnısını ifa edərək tədbiri sonlandırıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin