Gəncədə üç minik avtomobili toqquşdu

11:41 - 6 Oktyabr 2024

Gəncədə üç minik avtomobili toqquşdu

Gəncə şəhərində üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Belə ki, “Hyundai”, “VAZ-2107” və “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmasa da, hər 3 nəqliyyat vasitəsinə ciddi zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin