Lənkəranda ağır qəza - Ölən və xəsarət alanlar var (FOTO)

09:48 - 6 Oktyabr 2024

Lənkəranda ağır qəza - Ölən və xəsarət alanlar var (FOTO)

Lənkəranda bu gecə ağır yol qəzası olub.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verri ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, rayonun Şağlaser kəndi ərazisində qeydə alınıb.

Belə ki, 5 nəfər gəncin olduğu “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxıb yol kənarındakı kommunikasiya xətlərinə (işiq, qaz), sonra həyətyanı hasara çırpılıb.

Qəzada  avtomobildə olan 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 2003-cü il təvəllüdlü Ruslan Fikrət oğlu Rəsulov, 2006-cı il təvəllüdlü Qurbanəli Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

lenkeranda-agir-qeza


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin