Salyanda yol qəzası - Xəsarət alanlar var

23:18 - 4 Oktyabr 2024

Salyanda yol qəzası - Xəsarət alanlar var

Salyan rayonu ərazisində minik avtomobilinin iştirakı ilə baş verən yol qəzası zamanı 5 nəfər xəsarət alıb.

 

Manset.az xəbər verir ki, hadisə saat 17 radələrində Salyan rayonunun Xalac kəndi ərazisində qeydə alınıb. Minik avtomobili yolda olan iribuynuzlu heyvana görə idarəetmədən çıxıb və yol kənarındakı maneəyə çırpılıb. Hadisə zamanı xəsarət alan Sevinc Babayeva, Kənan Babayev, Vüsalə Babayeva, Allahşükür Babayev, Sevgül Babayeva Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin