Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
18:26 - 4 Oktyabr 2024
Baş prokuror Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru cənab Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyətini Baş Prokurorluqda qəbul edib.
Manset.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, Baş prokuror Azərbaycan və Türkiyənin liderləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın uzaqgörən siyasəti nəticəsində dövlətlərarası əlaqələrin bütün sahələrdə müvəffəqiyyətlə inkişaf etdiyini bildirib.
Bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipinə əsaslandığını və gələcəkdə davam edəcəyinə əminlik ifadə edilib.
Muhsin Şentürk ölkələrimizin bütün sahələrdə əlaqələrinin sıx olmasını qeyd etməklə, Bakıda keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
Həmçinin, Muhsin Şentürk səfər zamanı Şuşa və Xankədi şəhərlərini və orada yerləşən bir sıra tarixi-mədəni abidələrini ziyarət etməsinə şərait yaradılmasına görə təşəkkürünü ifadə edərək, erməni vandalizminin ağır nəticələrini təəssüf hissi ilə müşahidə etdiyini, görülmüş bərpa-quruculuq işləri ilə yaxından tanış olduğunu bildirib.
Bundan başqa, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Qarabağ Universitetinin Xankəndi şəhərində təsis edilməsini tarixi hadisə olmasını vurğulamaqla həmin təhsil müəsssisəsinin aparıcı ali məktəblərdən birinə çevriləcəyinə əminlik ifadə edilib.
Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi və Çağrı Mərkəzi ilə tanış olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin