Putin ad gününü necə qeyd edəcək? - AÇIQLAMA

16:16 - 4 Oktyabr 2024

Putin ad gününü necə qeyd edəcək? - AÇIQLAMA

"Rusiya Prezidenti Vladimir Putin ad gününü oktyabrın 7-də iş yerində keçirəcək".

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

"Orada xüsusi bayram olmayacaq. Rusiya Federasiyasının Prezidenti günün birinci yarısında qapalı, qeyri-ictimai görüşlər keçirəcək. Oktyabrın 7-də axşam saatlarında MDB dövlət başçıları prezidentin yanında olacaq", - Peskov bildirib.

Qeyd edək ki, Rusiya prezidenti vəzifədə olduğu illərin çoxunu ad gününü iş yerində qeyd etməklə keçirib. Dövlət başçısı həm beynəlxalq, həm də daxili məsələlərlə - işgüzar tədbirlərin, görüşlərin keçirilməsi ilə məşğul olub. Son illərdə öz ad günündə Putin MDB çərçivəsində gündəm məsələləri ilə məşğul olur. O, 2022-ci ildə oktyabrın 7-də Birlik sammiti keçirilib. 2023-cü ildə isə Rusiya prezidenti Qazaxıstan və Özbəkistan liderləri ilə enerji təchizatı məsələlərini müzakirə edib. 

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin