Prezident Azərbaycanın məşhur Xalq artistini işdən çıxardı - SƏRƏNCAM
27 Noyabr 2024
16:16 - 4 Oktyabr 2024
"Rusiya Prezidenti Vladimir Putin ad gününü oktyabrın 7-də iş yerində keçirəcək".
Manset.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
"Orada xüsusi bayram olmayacaq. Rusiya Federasiyasının Prezidenti günün birinci yarısında qapalı, qeyri-ictimai görüşlər keçirəcək. Oktyabrın 7-də axşam saatlarında MDB dövlət başçıları prezidentin yanında olacaq", - Peskov bildirib.
Qeyd edək ki, Rusiya prezidenti vəzifədə olduğu illərin çoxunu ad gününü iş yerində qeyd etməklə keçirib. Dövlət başçısı həm beynəlxalq, həm də daxili məsələlərlə - işgüzar tədbirlərin, görüşlərin keçirilməsi ilə məşğul olub. Son illərdə öz ad günündə Putin MDB çərçivəsində gündəm məsələləri ilə məşğul olur. O, 2022-ci ildə oktyabrın 7-də Birlik sammiti keçirilib. 2023-cü ildə isə Rusiya prezidenti Qazaxıstan və Özbəkistan liderləri ilə enerji təchizatı məsələlərini müzakirə edib.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin