COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
01:30 - 4 Oktyabr 2024
"Biz elə bir yaş dövründəyik ki, hər addımı ağılla atmağa çalışırıq. Ona görə də hər şeyi Zakirlə məsləhətləşərək edirik".
Manset.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Qonaqcanlı" verilişində deyib.
Sənətçi həyat yoldaşının ona qadağa qoymadığını bildirib:
"Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmur. Geyimimə qarışmır. Zakir müasir insandır. Sevinirəm ki, belə biridir. Hər zaman o məni həvəsləndirir ki, daha iddialı və cəsarətli olmalısan. Olmaz desəydi, evdə oturardım. Səhnədəyəmsə, deməli, o məni dəstəkləyir".
Qeyd edək ki, həkim Zakir Bayramovla ailəli olan Sevdanın iki qız övladı var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin