"Malmö"nün baş məşqçisi "Qarabağ"la oyundan danışdı

23:22 - 3 Oktyabr 2024

"Qarabağ" güclü komandadır.

 

Manset.az xəbər verir ki, bunu İsveçin "Malmö" klubunun baş məşqçisi Henrik Ryudström "Qarabağ"a qarşı keçirdikləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis nəticəni dəyərləndirib:

"Qarabağ" güclü komandadır. Həqiqətən çox çətinlik çəkdik. Bununla belə, komandamdan razıyam. Qələbəyə layiq idik və istədiyimiz nəticəni qazandıq. Çox yaxşı müdafiə olunduq. İlk oyundan fərqli daha məntiqli çıxış etdik. Yeni təcrübə qazanmış olduq".

Qeyd edək ki, "Qarabağ" - "Malmö" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Xəbər xətti

4 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin