Metroda qatar yoluna düşən şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB

23:35 - 3 Oktyabr 2024

Metroda qatar yoluna düşən şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB

"Ulduz" metrostansiyasında qatar yoluna düşən 20 yaşlı şəxsin (kişi cinsli) vəziyyəti açıqlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub.

Xəsarət alan şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

19:43

Bu gün 19:00 radələrində "Ulduz" stansiyasında sərnişin stansiya yoluna düşüb.

Manset.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni"ndən bildirilib.

Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub. Sərnişin stansiya yolundan çıxarılıb. Təmas relsinə yüksək gərginlik verilib, qatar yola salınıb.

İntervaldan əlavə 24 dəqiqə yubanma yaranıb. Hazırda Yaşıl və Qırmızı xətlərdə hərəkət intervalların tənzimlənməsi və qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır.

19:21

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.

Manset.az xəbər verir ki, hadisə qatar stansiyaya daxil olarkən baş verib.

Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki, məlum deyil.

Hadisəyə görə qatarların hərəkəti dayandırılıb.


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin