Türk Dövlətləri Təşkilatının 15 illiyidir

15:01 - 3 Oktyabr 2024

Türk Dövlətləri Təşkilatının 15 illiyidir

Türk dünyasının inteqrasiya prosesində əsas rol oynayan Türk Dövlətləri Təşkilatı (TDT) 15 illik yubileyini qeyd edir.

 

Manset.az bu barədə türk mətbuatına istinadən xəbər verir.

Türk Dövlətləri Təşkilatnın təməli Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin 2009-cu il oktyabrın 3-də imzaladığı "Naxçıvan Sazişi" ilə qoyulub.

Türk dünyasının ortaq tarixi və mədəni dəyərlərinin inteqrasiyasına xidmət etməyi hədəfləyən TDT üzv ölkələrlə iqtisadiyyatdan siyasətə, təhsildən mədəniyyətə, müdafiədən təhlükəsizliyə, gömrükdən nəqliyyata, idmandan turizmə qədər müxtəlif sahələrdə əməkdaşlıq zəmininin yaradılması istiqamətində fəaliyyətlər həyata keçirir. 

Artıq regional miqyasda tanınmağa başlayan TDT 15 ildə cəmi 4,25 milyon kvadrat kilometr ərazisi və təxminən 160 milyon əhalisi olan üzv ölkələrlə türk dünyasının geosiyasi mövqeyini gücləndirən beynəlxalq təşkilata çevrilib.

TDT həmçinin bir çox mühüm beynəlxalq təşkilatlarla, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ümumdünya Gömrük Təşkilatı (ÜGT) ilə tərəfdaşlıq edir.

Qeyd edək ki, yarandığı gündən bəri dövlət başçıları səviyyəsində 10 sammitə ev sahibliyi edən TDT noyabrın 6-da Qırğızıstanda 11-ci sammitini keçirməyə hazırlaşır.

 


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin