Lyukun qapağı alovlanıb havaya uçdu - VİDEO

12:44 - 3 Oktyabr 2024

Lyukun qapağı alovlanıb havaya uçdu - VİDEO

Türkiyənin Kırıkkale bölgəsində qısaqapanma nəticəsində dəhşətli yanğın baş verib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, yeraltı elektrik kabellərində qısaqapanma nəticəsində baş verən yanğında kanalla təmasda olan lyukda yığılan qaz partlayıb.

Nəticədə lyuk qapağı uçub və park edilmiş avtomobilə ziyan vurub.

Xəbər verildikdən sonra əraziyə polis, yanğınsöndürmə briqadası, elektrik və təbii qaz şirkətinin əməkdaşları sövq edilib.

Ətraflı videomaterialda:

 

 

 

 

 

 


Xəbər xətti

3 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin