"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür" - Spikerdən deputatlara İRAD
27 Noyabr 2024
11:21 - 3 Oktyabr 2024
Xəbər verdiyimiz kimi, sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasında parlamentin sədri, sədrin birinci müavini və üç müavin seçilib. Eyni zamanda, MM-in komitələrinin sədrləri və müavinləri müəyyənləşib. Parlament tərəfindən MM sədri, sədrin birinci müavini, müavinləri və komitə sədrləri xidməti “Mercedes E 300” markalı avtomobillə təmin edilirlər. Qiymətləri təxminən 100 mindən çox olan avtomobillərin paylanması sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.
Manset.az məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov ilə əlaqə saxlayıb. O, açıqlamasında insanların onları qınamasını bəsit və düzgün olmadığını qeyd edib:
"İlk növbədə onu qeyd edim ki, maşın mənə verilməyib, komitə sədrinə verilib. Mənə qədər bu maşın komitə sədrinə məxsus idi. Hazırda komitə sədri mən olduğum üçün sözügedən maşın mənə məxsusdur. Hər kəs bilir ki, mən necə halal insanam. O maşının qiyməti ilə bağlı mənim heç bir məlumatım yoxdur, açığı maraqlı da deyil. Mən Milli Məclisin üzvü və komitə sədri kimi fəaliyyət göstərirəm. Mənim işim təhsillə bağlıdır. Elm və təhsillə bağlı qanunların düzgün şəkildə həyata keçirilməsidir. Hazırda söz azadlığı var deyə, insanlar elə bilir ki, hər sözü danışmaq olar. İndi də maşınla bağlı nə qədər fikir səsləndirirlər. Mən isə bu haqda heç nə deməyəcəm, çünki bu mənim işim deyil. Məhz bu gün mən təhsillə bağlı 5 müsahibə vermişəm. Yaxşı olardı ki, insanlar gedib həmin müsahibələri oxusunlar. Dövlətin qayğısı, uğuru, problemləri nədir başa düşsünlər. Biz təhsildə müəllimin nüfuzunu qaldırmaq üçün yeni layihələr həyata keçirmək istəyirik. Mənim beynimdə yalnız bu haqda fikirlər dövr edir".
Anar İsgəndərov onu da əlavə edib ki, bu gün ictimai nəqliyyatdan istifadə edən 10 deputatdan biri odur:
"Dünənə qədər heç mənim maşımın yox idi. Bu gün mənim evim Bakı Dövlət Universitetinin yaxınlığındadır. Vaxt olub o yolu piyada getmişəm, vaxt olub ictimai nəqliyyatdan istifadə etmişəm. Səmimi hisslərimlə deyə bilərəm ki, əgər bu gün ictimai nəqliyyatdan istifadə edən 10 nəfər deputat varsa, onun biri mənəm. Bəs bu gün danışan insanlar həmin vaxt niyə susmuşdular? Niyə mən piyada gəzəndə heç kim danışmırdı? Bir daha təkrar edirəm, mənim hazırda fikrim yalnız təhsilə yönəlib. Düşünürəm ki, "Ali təhsill haqqında qanun"u necə həyata keçirə bilərik? Məncə, düşünülməsi vacib olan mövzu da məhz budur".
Qeyd edək ki, deputatlara paylanılan 2023-2024-cü il istehsalı olan “Mercedes E 300” markalı avtomobillərin təxmini qiyməti 165 min manatdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin