Hava ilə bağlı XƏBƏRDARLIQ
3 Oktyabr 2024
10:48 - 3 Oktyabr 2024
Azərbaycan Avropa İttifaqı (Aİ) ilə təbii qaz təchizatı və “yaşıl enerji”nin tədarükü layihələrini müzakirə edib.
Manset.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.
Nazir bildirib ki, Braziliyada Aİ-nin energetika məsələləri üzrə komissarı Kadri Simsonla təbii qaz təchizatı və “yaşıl enerji”nin tədarükü layihələri, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə əməkdaşlığı dəyərləndirib.
“COP29-un enerji təşəbbüsləri, “Enerji Günü”nə planlaşdırılan tədbirlər, Aİ-nin iştirakı ilə Xəzər-Qara dəniz Avropa Yaşıl Enerji Dəhlizınə həsr olunmuş yüksək səviyyəli toplantıda layihənin texniki-iqtisadi əsaslandırmasının ilkin təqdimatı və gələn il PMI statusuna müraciətlə bağlı fikir mübadiləsi apardıq”, deyə P. Şahbazov qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin