Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat CƏRİMƏ
24 Noyabr 2024
18:41 - 2 Oktyabr 2024
"Uzun yol qət etmişik. Sabah bizi çətin oyun gözləyir".
Manset.az xəbər verir ki, bu sözləri İsveçin "Malmö" komandasının futbolçusu Yens Larsen UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri II tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Danimarkalı müdafiəçi Azərbaycandan qələbə ilə qayıtmaq istədiklərini bildirib: "Qarabağ" güclü komandadır. Avrokuboklarda yaxşı təcrübəyə malikdir. İnanıram ki, qələbə qazanacağıq".
Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Malmö" oyunu saat 20:45-də başlayacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin