Bakıda keçirilən beynəlxalq konfransın yekun bəyanatı qəbul edildi

18:21 - 2 Oktyabr 2024

Bakıda keçirilən beynəlxalq konfransın yekun bəyanatı qəbul edildi

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusunda Bakıda keçirilən növbəti beynəlxalq konfrans başa çatıb.

 

Manset.az xəbər verir ki, beynəlxalq konfransda 4 mövzu ətrafında panel sessiyalar keçirilib.

Bunlar aşağıdakılardır:

- Etimad, barışıq və sülh quruculuğu proseslərində itkin düşmüş şəxslər problemi

- Ailələrin “həqiqəti bilmək” hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması

- İtkin düşmüş şəxslərin ailələrinin təcrübələri: onların ehtiyaclarının və üzləşdikləri çətinliklərin müəyyən edilməsi və cavablandırılması, əməkdaşlıq və tərəfdaşlıq sahələri

- İtkin düşənlərin qalıqlarının axtarışı, bərpası, məhkəmə-tibbi identifikasiyası sahəsində irəliləyiş və çətinliklər.

Panel müzakirələri başa çatandan sonra konfransın yekun bəyanatı qəbul edilib.


Xəbər xətti

2 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin