Yaxın Şərqdə olanlara görə Baydeni günahlandırdı

00:43 - 2 Oktyabr 2024

Yaxın Şərqdə olanlara görə Baydeni günahlandırdı

ABŞ-nin sabiq prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp İranın İsrailə raket hücumundan sonra açıqlama verib.

Manset.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Tramp Bayden administrasiyasını sərt şəkildə tənqid edərək bildirib ki, dünyada münaqişələr artmaqdadır və ABŞ liderliyini itirir.

“Dünya yanır və nəzarətdən çıxır. Ölkəmizi idarə edən yoxdur. Co Bayden demək olar ki, görünməz Prezidentdir, Kamala Harris isə yoxa çıxıb”.

Bayden hökümətinin dünyanı müharibəyə düçar etdiyini deyən Tramp fikirlərini belə əsaslandırıb:

“Mən prezident olanda Yaxın Şərqdə müharibə, ölkəmizdə inflyasiya yox idi. Əfqanıstanda da fəlakət olmazdı”.

Qalib gələcəyi təqdirdə sülh gətirəcəyini bildirən sabiq prezident, əks halda dünyanın böyük bir böhrana sürüklənəcəyini qeyd edib.


Xəbər xətti

2 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin