Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
21 Dekabr 2024
17:39 - 1 Oktyabr 2024
Ukrayna bu il 1,5 milyon döyüş təyyarəsi istehsal edəcək.
Manset.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal açıqlama verib.
Onun sözlərinə görə, Ukrayna milli müdafiə-sənaye kompleksinin inkişafını daim gücləndirir.
"Bu ilin sonuna qədər biz 1,5 milyon pilotsuz təyyarə istehsal edəcəyik", - Şmıqal bildirib.
Qeyd edək ki, daha əvvəl Denis Şmıqal 2025-ci ildə Ukrayna Silahlı Qüvvələri üçün silah və hərbi texnikaya çəkilən xərclərin artacağını açıqlamışdı. Onun sözlərinə görə, bu, hərbi texnikaya çəkilən xərclərin demək olar ki, 300 milyard qrivna (670 milyard rubldan çox) artması deməkdir ki, bu da ötən illə müqayisədə 65 faiz fərqdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin