Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
28 Noyabr 2024
15:03 - 1 Oktyabr 2024
İsrailin Baş naziri Benyamin Netanyahu İrana müraciət edən video paylaşıb.
Manset.az bu barədə Haber Global-a istinadən xəbər verir.
"Yaxın Şərqdə İsrailin çata bilməyəcəyi yer yoxdur. Vətəndaşlarımızı və ölkəmizi qorumaq üçün getməyəcəyimiz yer yoxdur. Rejim hər keçən dəqiqə İran xalqını cəhənnəmə yaxınlaşdırır. İran gözləniləndən daha tez azad olacaq. O zaman İsrail və İran sülh içində olacaq", - Baş nazir yazıb.
İsrailin baş naziri Netanyahunun açıqlamaları İran üçün təhdid kimi qəbul edilib.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian Nazirlər Şurasının iclasında diqqəti çəkən iddia ilə çıxış etmişdi. O, ABŞ-nin HƏMAS lideri İsmayıl Haniyəni öldürməmək müqabilində onlara Qəzzada atəşkəs vəd etdiyini bildirmişdi. Bu bəyanatlar İranda bəzilərinin reaksiyasına səbəb olmuş, qısa müddət sonra isə Haniyə öldürülmüşdü.
Hadisədən sonra İran Xarici İşlər Nazirliyi “İsrailə mütləq cavab veriləcək” bəyanatını vermişdi.
Qeyd edək ki, hazırda İran və İsrail dövlətləri arasında gərginlik hökm sürür.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin