Müəllim 6-cı sinif şagirdinə qarşı fiziki zorakılıq tətbiq etdi - VİDEO

13:57 - 1 Oktyabr 2024

Müəllim 6-cı sinif şagirdinə qarşı fiziki zorakılıq tətbiq etdi - VİDEO

Özbəkistanın paytaxtı Daşkənd şəhərində 188 saylı orta məktəbdə Ozoda Ravşanova dərs zamanı 6-cı sinif şagirdinə qarşı fiziki zorakılıq tətbiq edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, şagird özbək dilində rus diili dərsi keçdiyi üçün müəllimə irad tutub. Buna qəzəblənən müəllim isə şagirdlərin gözü önündə şiddətə əl atıb.

Daşkənd Məktəbəqədər Təhsil İdarəsindən bildirilib ki, 6-cı sinif şagirdinin valideynləri hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.

Hadisə nəticəsində məktəbin direktoru və müəllim işdən azad edilib və müəllimə 49 min rubl (896 manat) cərimə tətbiq edilib. 

Həmin görüntüləri təqdim edirik:

 

 

 


Xəbər xətti

1 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin