Sürücülərin NƏZƏRİNƏ! - Bu yolda işıqforlar işləmir

11:50 - 1 Oktyabr 2024

Sürücülərin NƏZƏRİNƏ! - Bu yolda işıqforlar işləmir

Hazırda paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində olan işıqforlar işləmir.

 

Manset.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, buna səbəb ərazidə elektrik təchizatının kəsilməsidir:

“Problemin qısa müddət ərzində aradan qaldırılması məqsədilə işlər görülür.

Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”.


Xəbər xətti

1 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin