COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
01:30 - 1 Oktyabr 2024
Türkiyəli məşhur aktyor Halil Ergün 45 kiloqram arıqlayıb.
Manset.az Medicina.az-a istinadən xəbər verir ki, aktyorun inanılmaz dəyişimi görənləri təəccübləndirib.
Ergün Çin təbabətinin əsrlərdir istifadə etdiyi meridian üsulunu tətbiq edərək arıqladığını açıqlayıb.
O, mədə əməliyyatı keçirmədiyini deyib:
"Mədə əməliyyatı etməmişəm, yalan deyirlər. Qidalanmada çörək, makaron, düyü və s. kəsmişəm. Səhər kivi və avokadonu bir kasa qatıqda doğradım. 1 qaşıq yulaf əzməsi, 1 çay qaşığı bal, darçın, qara zirə və kətan toxumu əlavə etdim. Zülal, lif və vitaminlərlə zəngin olan bu yemək sayəsində aclıq hiss etmədən uzun saatlar ərzində bədən enerjisini saxlamaq mümkündür".
Ustad aktyor hər gün bir yumurta yediyini də deyib. O çörəkdən imtina etdiyini də bildirib.
Halil Ergünün arıqlamasının əsl sirri Çin təbabətində əsrlərdir istifadə edilən Meridian terapiyasıdır. Bədənin enerji kanallarında müəyyən nahiyələrə iynə batırılaraq tətbiq edilən bu müalicədə istilik, elektrik və ya maqnitlə stimullaşdırılaraq bədəndəki qan axını və maddələr mübadiləsi sürəti tətiklənir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin