Alman partiyası Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyinə söz verdi

16:40 - 30 Sentyabr 2024

Alman partiyası Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyinə söz verdi

Almaniya üçün Alternativ (AfD) partiyası 2025-ci il seçkilərindən sonra ölkənin hakim koalisiyasına qoşulacağı təqdirdə Rusiyaya qarşı sanksiyaları ləğv edəcək.

 

Manset.az xəbər verir ki, bunu Almaniya parlamentinin üzvü Şteffen Kotre bildirib.

Biz Rusiyaya qarşı aqressiv hərəkətlərə son qoyacayıq. Həmçinin münasibətlərin normallaşmasının tərəfdarı olacayıq. Nəticədə, Rusiyadan enerji idxalı prosesini həyata keçirəcəyik”, - deyə o açıqlama verib.

Siyasətçinin fikrincə, partiya bunu Rusiyanın guya müdafiəsinə görə yox, Almaniyanın maraqlarına görə edəcək.

O qeyd edib ki, Almaniyanın maraqlarını təmsil etməklə yenidən Moskva ilə daha sıx əməkdaşlıq etmək mümkün olacaq.

 


Xəbər xətti

1 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin