Azərbaycan bu beynəlxalq tədbirə ev sahibliyi etmək istəyir

10:37 - 30 Sentyabr 2024

Azərbaycan bu beynəlxalq tədbirə ev sahibliyi etmək istəyir

Azərbaycanın 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının növbəti, sayca 17-ci Tərəflər Konfransına ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb.

 

Manset.az xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günündə COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev deyib.

O bildirib ki, cəmi 3 həftə sonra Kolumbiyanın Kali şəhərində BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 16-cı Tərəflər Konfransının keçirilməsi nəzərdə tutulur:

“Bu platformadan istifadə edərək bildirmək istəyirəm ki, Azərbaycanın 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının növbəti, sayca 17-ci Tərəflər Konfransına ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb. Ev sahibliyi ilə bağlı yekun qərar bu ayın sonunda Kali şəhərindəki COP zamanı qəbul ediləcək”.


Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin