“Fənərbağça” səfərdə 3 xala sevinib - Superliqa

23:21 - 29 Sentyabr 2024

“Fənərbağça” səfərdə 3 xala sevinib - Superliqa

Türkiyə Superliqasında VII turun növbəti oyunu keçirilib.

 

 Manset.az xəbər verir ki, çempionluq mübarizəsi aparan "Fənərbağça" səfərdə "Antalyaspor"la qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Antalyaspor"u vaxtilə İstanbul klubunda çıxış etmiş braziliyalı veteran futbolçu Aleks de Souza çalışdırır.

Bu nəticədən sonra xallarını 16-ya çatdıran "Fənərbağça" 2-ci sıraya yüksəlib. "Antalyaspor" isə 8 xalla 13-cü pillədə qərarlaşıb.


Xəbər xətti

30 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin