Dünyanın ən yaxşı hücumçuları - Siyahıda "Qalatasaray"lı da var

15:15 - 29 Sentyabr 2024

Dünyanın ən yaxşı hücumçuları - Siyahıda

Avropanın məşhur "FourFourTwo" nəşri hazırda dünyanın ən yaxşı mərkəz hücumçularının reytinqini dərc edib.

 

Manset.az xəbər verir ki, siyahıya "Mançester Siti"nin hücumçusu Erlinq Holand başçılıq edir.

"FourFourTwo"ya görə hazırda dünyanın ən yaxşı on hücumçusu aşağıdakılardır:

Erlinq Holand ("Mançester Siti");

Kilian Mbappe ("Real Madrid");

Harri Keyn ("Bavariya");

Lautaro Martinez ("İnter");

Viktor Osimhen ("Qalatasaray");

Aleksander İsak ("Nyukasl Yunayted");

Viktor Dyökereş ("Sportinq");

Olli Uotkins ("Aston Villa");

Kay Havertz ("Arsenal");

Xulian Alvares ("Atletiko Madrid").

Qeyd edək ki, İspaniya La Liqasının hazırkı bombardiri olan "Barselona"nın hücumçusu Robert Levandovski reytinqə daxil edilməyib.


Xəbər xətti

29 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin