Nəsrullahın ölüm səbəbi məlum oldu - YENİLƏNİB

17:02 - 29 Sentyabr 2024

Nəsrullahın  ölüm səbəbi məlum oldu - YENİLƏNİB

Bu gün dağıntılar altından çıxarılan Hizbullah lideri Şeyx Həsən Nəsrullah başından və bədənindən aldığı küt travma nəticəsində həyatını itirib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Al Nahar” qəzeti Beyrutda hospitallardan birində Şeyx Həsən Nəsrullahın meyiti üzərində aparılan tibbi ekspertizanın nəticəsinə əsasən belə məlumat yayıb.

Qeyd edilib ki, Hizbullah lideri bombalanmanın yol açdığı güclü partlayışlar zamanı başından və bədənindən aldığı küt travma nəticəsində ölüb.

14:56

İsrailin Beyruta hava hücumlarından sonra “Hizbullah” lideri Həsən Nəsrullahın öldürüldüyü yerin görüntüləri yayılıb.

Manset.az xəbər verir ki, bu barədə “Azad İran” kadrlar paylaşıb.

Həmin görüntüləri təqdim edirik:


Xəbər xətti

29 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin