"Xankəndi" klubu ilk yoxlama oyununu keçirəcək

20:06 - 27 Sentyabr 2024

Bu mövsüm Region Liqasında debüt edəcək "Xankəndi" komandası ilk yoxlama oyununu keçirəcək.

 

Manset.az xəbər verir ki, bu barədə "Xankəndi" FK-nın Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 28 sentyabr tarixində ASK Arena meydançasında baş tutacaq qarşılaşmada rəqib "Çinar Zəngilan" komandası olacaq. Görüş saat 21:00-da start götürəcək.

Qeyd edək ki, AFFA 2024/25 Region Liqasında “Xankəndi” klubunun iştirakını təsdiqləyib. “Xankəndi” bu mövsüm rəqiblərini Şamaxı Olimpiya Mərkəzinin futbol meydançasında qəbul edəcək. Komandanın təsisçisi Azərbaycan Minifutbol Liqasında çıxış edən “Real Bakı”nın rəhbəri Elnur Məcidovdur.


Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin