Övladlarını 1000 dollar qarşılığında satarkən tutuldular - FOTO

18:00 - 27 Sentyabr 2024

Övladlarını 1000 dollar qarşılığında satarkən tutuldular - FOTO

ABŞ-ın Arkanzas ştatında yaşayan 21 yaşlı Darien Tyler Urban və 20 yaşlı Shalene Ehlers 6 qutu pivə və min dollar müqabilində körpələrini düşərgədə satmağa cəhd etməkdə günahlandırılıblar. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər iki aylıq körpəni düşərgə ərazisində tapıb və təcili yardım xidmətinə məlumat verib. Uşağın müayinə üçün xəstəxanaya aparıldığı bildirilib. Körpənin bioloji valideynləri ətrafda olmayıblar.

Hadisə şahidləri körpədən pis qoxu gəldiyini və dərisinin ciddi zədələndiyini bildiriblər.

Polis Cody Martin adlı potensial alıcının imzaladığı "müqavilə"ni tapıb." 

Cütlük nəzarətə götürülüb və onların girovu 50 min dollar təyin edilib.



Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin