44 günlük “Vətən Müharibəsi”- Qazanılan ŞANLI QƏLƏBƏ

17:00 - 30 Sentyabr 2024

44 günlük “Vətən Müharibəsi”- Qazanılan ŞANLI QƏLƏBƏ

Tarixi günlərin də kövrəkliklə anılanı, həsrətlə gözləniləni olur. Torpaqlarımızın işğaldan azad ediləcəyi gün belə gözlənilib. O günün başlanğıcı oldu 2020-ci ilin 27 sentyabrı... Hər şey həmin gün, tarixi əks-hücum əmrinin verilməsi ilə başladı. Ermənistanın növbəti hərbi təxribatına qarşı başlayan, 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Tarixi ədalət bərpa edildi. O Zəfər tarixi qələbəmizi şərtləndirdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa hər müraciətində haqqa, ədalətə söykənərək işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inamla, əminliklə bildirirdi. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə qeyd etmişdi: "Biz başqa ölkələrin torpağına iddiaçı deyilik. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyik".

 

Mövzu ilə bağlı Manset.az-a açıqlama verən millət vəkili Ramil Həsən bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan dövlətini və Azərbaycan xalqını qəhrəman, igid bir xalq kimi dünya miqyasında daim irəliyə aparmışdır:

Ramil Həsən moldovalı biznesmenin qızını Bakıda evində gizlədir?

"Azərbaycanın 44 günlük "Vətən müharibəsi" tarixi zəfər mübarizəmizin qızıl hərflərlə yazılmış və tarixə düşmüş ən vacib hisslərindən biridir. Şübhəsiz ki, 23 saatdan bir qədər çox davam edən antiterror əməliyyatında qazanmış olduğumuz uğurların da təməli məhz 44 günlük "Vətən Savaşı" nəticəsində qoyulmuşdur. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şanlı səlnaməmizin banisi, qurucusu və qəhramanı olaraq xalqımızın, Türk dünyasının yaddaşında dərin izlər buraxmışdır. Hər birimiz üçün açıq-aşkar şəkildə görünür ki, Azərbaycan xalqının Prezidenti cənab İlham Əliyev öndərliyi ilə 30 illik həsrətimizə son qoydu. Torpaqlarımız düşmən tapdağından xilas edildi, suverenliyimizi tam şəkildə bərpa edildi və Azərbaycanı yenidən güclü, qüdrətli dövlət kimi dünya mediasında öz adımdan söz etdirdi. Şübhəsiz ki, cənab Ali Baş Komandan İlham Əliyev Azərbaycan dövlətini və Azərbaycan xalqını Türk dünyasında qəhrəman və igid bir xalq kimi tanıtmışdır. Bu gün Özbəkistan, Qazaxıstan, Qırğızıstan kimi ölkələr əslində məhz Azərbaycan dövlətinin 44 günlük "Vətən Savaşı"nda qazanmış olduğu qabiliyyət və zəfər salnaməsindən ilhamlanaraq və güclənərək Türk Dövlətləri Təşkilatı içərisində daha aktiv fəaliyyət göstərməyə, “İhamla irəli” devizi ilə irəliləməyə və şübhəsiz ki, daha irimiqyaslı birlik,bərabərlik üçün layihələr həyata keçirməyə çalışırlar. Ona görə də bizim 44 günlük qələbəmizin sadəcə Azərbaycan xalqı üçün deyil, eyni zamanda Türk dünyası üçün də böyük ilham qaynağı olduğunu böyük şərəf və ləyaqətlə vurğulamaq labüddür.

Azərbaycan şəhidləri, vətən uğrunda canını fəda etmiş igidlərdir. Onlar, müstəqillik və azadlıq uğrunda yazılan qəhrəmanlıq dastanlarının baş qəhrəmanlarıdır. Azərbaycanın şanlı ordusunun, qəhrəman və igid əsgərlərinin sayəsində qazanmış olduğumuz qələbə heç təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatının İstanbulda keçirilmiş dövlət başçılarının "Zirvə görüşü"ndə ən yüksək şəkildə dəyərləndirilmiş və Türk dünyasının, türk dövlətlərinin "Onur ödülü" orden mükafatı cənab Prezident İlham Əliyevə türk dövlət başçıları tərəfindən təqdim edilmişdir. Şübhəsiz ki, bu gün Azərbaycan xalqının bu misilsiz qəhrəmanlıq və qələbəsindən ilhamlanaraq atmış olduğumuz hər bir addım beynəlxalq aləmdə də rəğbətlə qarşılanmaqdadır. Azərbaycan xalqının haqlı mübarizəsi dünya miqyasında yüksək şəkildə qiymətləndirilir. Qəbul etmək lazımdır ki, hazırda dünya dövlətlərində və beynəlxalq münasibətlər sistemində ikili standartlar, eyni zamanda tərəfkeşlik istiqamətində yanaşmalar realdır".

Ramil Həsən onu da qeyd edib ki, dövlətimiz qazanmış olduğu qələbəni beynəlxalq hüquq çərçivəsindən bir addım da kənara çıxmadan əldə edib:

"Bu bir faktdır ki, dövlətimiz qazanmış olduğu qələbəni beynəlxalq hüquq çərçivəsindən bir addım da kənara çıxmadan, insan haqları müdafiəsinə yönələrək, insanların mülki obyektlərinin zərrə qədər ziyan görməməsinə ciddi şəkildə nəzarət edərək təmin edib. Lakin nəzərə almaq lazımdır ki, hazırda xaricdə erməni havadarları və Ermənistan dövləti vasitəsilə Azərbaycana təzyiq və təsir göstərmək mexanizmi ilə çalışan qüvvələr tərəfindən dövlətimizə qarşı ciddi bir qarayaxma kampaniyası aparılmaqdadır və bu prosesə qarşı yayılan yalan məlumatların, dezinformasiyanın qarşısını almaq istiqamətində də Azərbaycan dövləti öz uğurlu addımlarını atmaqda və dünya ictimaiyyətinə haqlı mövqeyimizi tam dəqiq şəkildə çatdırmaq üçün səfərbərlik şəkildə fəaliyyət göstərməkdədir.

Bu istiqamətdə qeyri-hökumət təşkilatlarının (QHT), media qurumlarının, xaricdəki Azərbaycan diaspora təşkilatlarının ahəng şəkildə Azərbaycan dövlət qurumları ilə birlikdə və bərabər fəaliyyət göstərməsi ölkəmizin milli bərabərliyi, milli birliyi və yumruq halında birləşməyimizin, müharibədə olduğu kimi bu gün də təzahürünü ortaya çıxarmaqdadır. Əminəm ki, bundan sonra da 27 sentyabr tarixində təməlləri atılmış qəhrəman Azərbaycan əsgərinin mücadiləsi və şəhidlik zirvəsinə ucalması sayəsində, Ali Baş Komandanımızın öndərliyində həyata keçirilən və Şuşanın azad edilməsi ilə elan edilən qələbəmiz dünya durduqca hər kəs üçün mükəmməl qəhramanlıq örnəyi olacaq. Türk dünyası, türk xalqları, Azərbaycan dövlətinin gələcək nəsilləri üçün hər zaman ilham qaynağı olacaqdır. Şəhidləri anmaq, onların şücaətini unutmamaq bizim borcumuzdur. 

Hər kəs bilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin atmış olduğu bu tarixi addım bizi daima gücləndirəcək və milli birliyimizin təməl daşı olaraq tariximizdə möhtəşəm yerini alaraq daima yaşayacaqdır".

 

Fidan Əliyeva

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə

qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə

cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə

çatdırılması

Yazı Medianın İnkişafı Agentliyinin tədqiqatı ilə hazırlanıb

 

 


Xəbər xətti

1 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin