Tramp bu gün Zelenski ilə görüşəcək

12:46 - 27 Sentyabr 2024

Tramp bu gün Zelenski ilə görüşəcək

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp bu gün tez-tez tənqid etdiyi Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bu görüş Trampın prezidentlik dövründən sonra iki lider arasında ilk təkbətək görüş olacaq. 

Bir neçə gün öncə Zelenski Rusiyanı məğlub etmək üçün hazırladığı "Qələbə planını" Bayden, Harrisə və Trampa təqdim etmək niyyətində olduğunu bildirmişdi.

Bununla belə, Zelenskinin açıqlanmayan məqsədləri arasında onu zaman-zaman tənqid edən Trampla münasibətlərini yaxşılaşdırmaq da var.

Qeyd edək ki, Ukrayna liderini tənqid edən Tramp bu yaxınlarda Zelenskini "tarixin ən yaxşı taciri" adlandırmışdı.

 


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin