Prezident Baş katiblə görüşdü - YENİLƏNİB
18 Noyabr 2024
09:05 - 7 Noyabr 2021
Türkiyənin "Qalatasaray" klubu UEFA-ya müraciət edib.
Manset.az "Report"a istinadən xəbər verir ki, Avropa futbol qurumundan Rusiya "Lokomitiv"inə texniki məğlubiyyət verilməsi tələb olunub.
Noyabrın 4-də "aslanlar" "dəmiryolçular"la evdə keçirdikləri UEFA Avropa Liqasının IV tur matçında 1:1 hesablı heç-heçə ediblər. Həmin qarşılaşmanın ikinci hissəsində qonaq komandanın futbolçusu Dmitri Jivoqlyadova sarı vərəqə göstərildikdən sonra meydanda kiçik toqquşma baş verib. Nəticədə isveçrəli referi Sandro Şerer "Lokomotiv"dən Dmitri Barinovu və "Qalatasaray"dan Mbaye Dianı sarı vərəqə ilə cəzalandırıb. Üstəlik, o, Jivoqlyadova yenidən sarı vərəqə göstərib. Lakin UEFA-nın rəsmi saytındakı oyun protokolunda bu futbolçunun 1 "sarı"sının olduğu göstərilib.
"Sarı-qırmızılar" qitə futbol qurumundan bu epizoddakı qərarı müzakirəyə çıxarmasını və rəqibə texniki məğlubiyyət verməsini tələb edib.
Qeyd edək ki, Avropa Liqasında 4 turdan sonra "Qalatasaray" 8 xalla 1-ci, İtaliya "Latsio"su 5 xalla 2-ci, Fransa "Marsel"i 4 xalla 3-cü və "Lokomotiv" 2 xalla 4-cü yerdə gedir. Noyabrın 25-də "Marsel" "Qalatasaray"ı, "Lokomotiv" "Latsio"nu qəbul edəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin