Stresi dəf etməyin yolları

08:30 - 27 Sentyabr 2024

Stresi dəf etməyin yolları

Həyatımızın bir parçası olan stress mənfi təsirlərsiz ötüşmür. Günün gərgin və ağır keçməsindən tutmuş, insanlarla münasibətlərimizin pisləşməsinə qədər neqativ təsirlərə malikdir. Hətta sağlamlıq problemlərinə qədər gətirib çıxara bilər.

 

Bəs streslə necə mübarizə aparaq?

Manset.az Qafqazinfo-ya istinadən bu üsullardan bəzilərini təqim edir:

Hər gün mütləq nəfəs məşqləri etməyə və dərindən nəfəs almağa çalışın. Diafraqma əzələsindən istifadə edərək dərin nəfəslər almaq sizi çox yaxşı və sakit hiss etdirəcək.

Stresli olarkən iştahınız arta bilər. Mütləq belə anlarda qidalanmanızı nəzarət altında saxlayın. Sağlam və az yemək stresinizi azaltmaq üçün təsirli ola bilər. Əksinə diqqət etməsəniz artıq çəki ala və daha çox stres yaşaya bilərsiniz.

Rahatlaşdırıcı və sakitləşdirici musiqiyə qulaq asın. Vaxtınız olduqca kitablar oxuyun, mütaliələr edin.

Stresi aradan qaldırmaq üçün spirtli içki və ya qida istehlakını artırmayın. Bu, stressdən ani şəkildə qurtulmağı təmin etsə də, zamanla fərqli asılılıqlar yaşamağınıza səbəb ola bilər.

Sakitliyinizi qoruyun. Bacardığınız qədər təmkinli olun. Stresli anlarda ev, iş, dost çevrənizə qarşı olan xoş rəftarınızı və ünsiyyətinizi korlamayın.

Siqaret istifadə edirsinizsə, stresli vəziyyətlərdə dərhal ona qaçmayın. Araşdırmalara görə, siqaret, tərkibindəki stimullarla özü də stress yaradır.

Müntəzəm olaraq məşq edin. Aşağı intensivlikli məşqlərlə, xüsusən də gəzinti ilə başlayın. Bu, özünüzü daha yaxşı hiss etməyinizə kömək edəcək.

Hər gün istirahət etmək üçün vaxt ayırdığınızdan əmin olun. Çalışın özünüzlə vaxt keçirin. Məsələn dibçək saxlayın. Onu sulayın, torpağını dəyişin. Bir müddətlik də olsa sizi stresdən uzaqlaşdıracaq.

Ən əsası stresin səbəblərini azaltmağa çalışın. Real hədəflər və gözləntiləriniz olsun. Hər şeyi bir anda 100% uğurla yerinə yetirə bilməyəcəyiniz üçün təəssüflənməyin. Sizə həddindən artıq stres yaşadacaq insanları və ya situasiyaları özünüzdən uzaqlaşdırın.

Özünüzə qarşı həmişə müsbət fikrdə olun. Müsbət münasibətiniz özünə olan hörmətinizi artırır və stresə qarşı yaxşı müdafiə təmin edir.

Çalışın məsuliyyətlərinizi dərk edin. Hər hansı bir işi görərkən çevik və müsbət ruh halında olmağa çalışın.

Kofein qəbulunu azaltmağa çalışın.

Stresslə mübarizə aparmaq üçün ilk növbədə hansı vəziyyətlərin stresə səbəb olduğunu müəyyən etmək lazımdır. Bundan əlavə, o an yaşanan emosiyaları və onlara necə reaksiya verdiyinizi müşahidə edin. Streslə mübarizə üsulları sayəsində stressi tamamilə aradan qaldırmaq və ya ən pis halda stress səviyyəsini azaltmaq olar.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin