Çin Azərbaycanın COP29-da sədrliyini tam dəstəkləyir

00:30 - 27 Sentyabr 2024

Çin Azərbaycanın COP29-da sədrliyini tam dəstəkləyir

Çin və Azərbaycan arasında praktiki əməkdaşlıq dərinləşməkdə davam edir. Bu ilin ilk 7 ayında ikitərəfli ticarət illik müqayisədə 21,9 faiz artaraq rekord həddə çatmağa doğru gedir.

 

“Bir kəmər və bir yol” təşəbbüsü Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə uyğunlaşma prosesini sürətləndirir. Belə ki, dəhlizin cənub hissəsində Azərbaycan ərazisindən keçən Çin-Avropa ekspress qatarlarının sayı bu il ərzində 15 dəfə artıb.

Manset.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao sentyabrın 26-da Bakıda Çin Xalq Respublikasının yaranmasının 75 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.

"İyulun 3-də Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev görüşdülər və strateji tərəfdaşlığın qurulduğunu elan etdilər. Bu Çin-Azərbaycan əlaqələrini ən güclü nöqtəyə qaldırdı. Ölkələrimiz arasında siyasi etimad güclənir. Azərbaycan Tayvanın müstəqilliyinə can atan separatçıları açıq şəkildə qınayıb, Çinin milli birləşmə cəhdinə dəstək nümayiş etdirib. Buna cavab olaraq, Çin Azərbaycanın müstəqilliyini, təhlükəsizliyini, sabitliyini və təklif etdiyi sülh gündəmini dəstəkləməkdə əzmkardır. İki ölkənin hökumətləri, hakim partiyaları və qanunverici orqanları fəal şəkildə dostluq mübadiləsi aparır, ikitərəfli münasibətlərin hərtərəfli inkişafına töhfə verirlər. Beynəlxalq əməkdaşlıq getdikcə güclənir. Hər iki tərəf Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Şanxay Əməkdaşlıq Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi (CICA) kimi çoxtərəfli çərçivələrdə səmərəli işləyir. Çin COP29-a ev sahibliyi edəcək Azərbaycanı tam dəstəkləyir və ədalətli, əməkdaşlıq və qlobal iqlim idarəçiliyi sisteminin qurulmasına sadiqdir", -deyə Din Tao vurğulayıb.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin