Azərbaycandan Fars körfəzinə dəmir yolunun çəkilişi müzakirə edilir
17 Noyabr 2024
22:44 - 6 Noyabr 2021
Orijinalı italiyalı rəssam Leonardo da Vinçiyə məxsus məşhur “Mona Liza” əsərinin Fransanın Luvr muzeyində saxlanılan dəqiq surəti noyabrın 9-da Parisdəki “Artcurial” satış evində hərraca çıxarılacaq.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsm əsərinin dəqiq surətinin qiyməti 173 min dollardan 230 min dollara qədər qiymətləndirilir.
“Artcurial” satış evindən verilən məlumata görə, rəsmin təxminən 1600-cü ildə çəkilən surətinin müəllifi, çox güman ki, orijinalı əldə etmək imkanına malik olub. Bu səbəbdən rəsmin orijinalı və surəti bir-birinə tam oxşardır.
Leonardo da Vinçinin əsərinin XVII əsrə aid başqa bir surəti iyun ayında “Christie's” satış evinin Parisdə keçirilən hərracında 2,9 milyon avroya satılıb.
2017-ci ilin noyabrında Nyu-Yorkdakı “Christie's” hərracında italiyalı rəssamın 450 milyon dollara alıcı tapan “Dünyanın xilaskarı” əsərinin orijinalı indiyə qədər hərracda satılan ən bahalı tablo olub.
“Mona Liza” dünyanın ən məşhur rəsm əsərlərindən biridir. Leonardo da Vinçi bu rəsmi Florensiyada çəksə də, 1516-cı ildə onu özü ilə Fransaya aparıb. 1519-cu ildə rəssamın ölümündən sonra portret Fransa kralı I Fransisk tərəfindən əldə edilib. “Fontenblo” qəsrində saxlanılan bu əsər sonradan XIV Lüdovik tərəfindən Versal sarayına aparılıb, XVIII əsrin axırlarında – Böyük Fransa İnqilabından sonra isə “Luvr” muzeyinə köçürülüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin