Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt ilə danışıqlar aparıb.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz sosial şəbəkəsində bildirib.
Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilir.
Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan mesajda deyilir ki, söhbət zamanı Yaxın Şərq və Şimali Afrikada böhranlı vəziyyətlərin həlli, regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi maraqları naminə Rusiya ilə Ərəb Liqası arasında sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
"Rusiya XİN rəhbəri və Ərəb Liqasının Baş katibi ərəb-İsrail münaqişəsi zonasında vəziyyətin gərginləşməsini vurğulayaraq regional gündəliyin cari aspektlərini nəzərdən keçirib",- Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.