Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
11:15 - 26 Sentyabr 2024
ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp ona qarşı sui-qəsdlərin arxasında İranın ola biləcəyini iddia edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Əgər mən prezident olsaydım, təhdid edən ölkəyə, yəni İrana deyərdim ki, əgər bu şəxsə hər hansı bir şəkildə zərər versəniz, biz sizin ən böyük şəhərlərinizi və ölkənizi məhv edəcəyik”, - deyə Tramp bildirib.
Tramp İran Prezidenti Məsud Pezeşkianın Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası çərçivəsində Nyu Yorkda olduğuna da diqqət çəkib:
“Bu arada İran prezidenti bu həftə ölkəmizdədir və o, böyük təhlükəsizlik qüvvələri tərəfindən qorunur. Və yenə də millətimizin keçmiş prezidentini və ABŞ-nin növbəti prezidenti olmaq üçün əsas namizədi hədələyirlər".
Xatırladaq ki, Tramp iyulun 13-də Pensilvaniya ştatının Butler şəhəri yaxınlığında seçki mitinqində silahla hücuma məruz qalıb və sağ qulağından yaralanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin