"Qalatasaray" Yunanıstan klubuna qalib gəldi

09:10 - 26 Sentyabr 2024

2024/2025 mövsümündən etibarən yeni formatda keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsində I tura bu gün start verilib.

 

Manset.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.

Maraqla gözlənilən oyunlardan biri Türkiyədə keçirilib. "Qalatasaray” doğma meydanda Yunanıstan təmsilçisi PAOK-un öhdəsindən gəlib.

İngiltərənin "Mançester Yunayted” klubu isə evdə Niderland təmsilçisi "Tvente”ni minimal hesabla yenib.

"Qarabağ” klubunun rəqiblərindən olan İsveçin "Elfsborq” komandası səfərdə Niderlandın AZ klubuna uduzub. "Budyo-Qlimt” (Norveç) isə evdə azlıqda qalmasına baxmayaraq, "Portu”dan (Portuqaliya) üstün olub.

 

UEFA Avropa Liqası

Liqa mərhələsi

Ətraflı

I tur

AZ (Niderland) – "Elfsborq” (İsveç) 3:2

"Budyo-Qlimt” (Norveç) – "Portu” (Portuqaliya) 3:2

"Mançester Yunayted” (İngiltərə) – "Tvente” (Niderland) 1:1

"Qalatasaray” (Türkiyə) – PAOK (Yunanıstan) 3:1

"Dinamo” (Kiyev, Ukrayna) – "Latsio” (İtaliya) 0:3

"Ludoqorets” (Bolqarıstan) – "Slaviya” (Çexiya) 0:2

"Midtyullann” (Danimarka) – "Hoffenhaym” (Almaniya) 1:0

"Nitsa” (Fransa) – "Real Sosyedad” (İspaniya) 1:1

"Anderlext” (Belçika) – "Ferentsvaroş” (Macarıstan) 2:1

Qeyd edək ki, Liqa mərhələsində I tura sentyabrın 26-da keçiriləcək 9 oyunla yekun vurulacaq.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin