Azərbaycan-Somali hərbi əməkdaşlığına dair müzakirələr aparıldı

18:44 - 25 Sentyabr 2024

Azərbaycan-Somali hərbi əməkdaşlığına dair müzakirələr aparıldı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Somali Respublikasının müdafiə naziri Abdulkadir Məhəmməd Nur ilə görüşüb.

 

Manset.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında bütün istiqamətlərdə, xüsusilə də hərbi sahədə əməkdaşlığın geniş imkan və perspektivlərinin olduğu qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin