"Baydenin administrasiyası gürcü xalqından qonaqpərvərliyi öyrənməlidir" - Şalva Papuaşvili

17:40 - 25 Sentyabr 2024

ABŞ Prezidenti Co Baydenin administrasiyası gürcü xalqından qonaqpərvərliyi öyrənməlidir. 

 

Manset.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib .

Papuaşvili Bayden administrasiyasının Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən dəvəti geri götürməsini şərh edib. Siyasətçi ABŞ-ni birgə strateji tərəfdaşlıq zamanı Gürcüstandan qonaqpərvərliyi öyrənməyə çağırıb.

“Heç olmasa, bunu xalqımızdan ala bilərlər. Görünür, biz bunu düzgün bölüşə bilmədik”, - deyə Gürcüstan parlamentinin spikeri bildirib. Onun fikrincə, Bayden administrasiyası belə bir qərarla ABŞ xalqını təhqir edib.

Bundan əvvəl Kobaxidze son anda Baydenlə ziyafətə dəvət olunan xarici liderlər siyahısından çıxarılmışdı .



Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin