Azərbaycanda minimum pensiya ARTIRILIR
18 Noyabr 2024
17:50 - 6 Noyabr 2021
Litvanın paytaxtı Vilnüs şəhərində Zəfər Gününə həsr olunan bayram tədbiri keçirilib.
Azərbaycanın Litvadakı səfirliyindən verilən məlumata görə, Zəfər Gününün şərəfinə Vülnüsün mərkəzində Ratuşa binasında iki gün ərzində nəhəng Azərbaycan və Litva bayraqları asılıb, xüsusi işıqla işıqlandırılıb.
Əlamətdar günlə bağlı keçirilən tədbirdə Litva Seyminin üzvləri, dövlət qurumlarının nümayəndələri, Litvada akkreditə olunan xarici ölkələrin səfrilikləri, diplomatlar, ictimai və siyasi xadimlər, mədəniyyət və incəsənət ustaları, soydaşlarımız və tələbə gənclərlə yanaşı Azərbaycan Milli Məclisinin deputatları Elnur Allahverdiyev və Azər Kərimov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Tamerlan Qarayev bir il əvvəl baş verən hadisələrdən, müzəffər Ali Baş komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli ordumuzun keçdiyi zəfər yolundan bəhs etmiş, Qalib Xalqın nümayəndəsi kimi duyduğu ülvi hisslərdən danışmışdır. O, Azərbaycanın BMT qətnamələrini yerinə yetirərək öz ərazi bütövlüyünü bərpa etməsini beynəlxalq hüququn və ədalətin tənətənəsi kimi qəbul edildiyini qonaqların diqqətinə çatdırmışdır.
Tədbirdə qonaq qismində iştirak edən Vətən müharibəsi iştirakçısı mayor Fəxrəddin Ağayev ayaqüstə alqışlanmışdır.
Azərbaycan səfiri azad olunmuş torpaqlarımızda geniş vüsətlə aparılan quruculuq işləri, həyata keçirilən nəhəng layihələr barəsində tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Səfir Tamerlan Qarayev Azərbaycanın haqq səsinə səs verən, dövlətimizə və xalqımıza dost münasibət bəsləyən əcnəbilərə hər zaman ölkəmiz tərəfindən qiymət verildiyini, Azərbaycanın dostluğa hər zaman sadiq olduğunu xüsusi qeyd edərək, Xocalı qətliamından bəhs edilən “Endless corridor” sənədli filminin əsas qəhrəmanlarından olan litvalı hərbi jurnalist Riçardas Lapaitisin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edildiyini bildirmişdir. Azərbaycan Səfiri “Dostluq” ordeninin təntənəli surətdə Riçardas Lapaitisə təqdim etmişdir.
Tədbir sonra konsert proqramı ilə davam etmişdir. Azərbaycan dövlət akademik filarmoniyasının Mahnı və rəqs ansamblının solsitləri Azərbaycan Respublikasının əməkdar artistləri Nigar Şahmuradova və Elnur Süleymanov öz füsunkar rəqsləri ilə, müğənni Könül Məmmədli məlahətli səsi, Bəxtiyar Məmmədov tarda və İnci Məmmədova fortepianoda məharətli ifaları ilə bayram əhval-ruhiyyəsində keçən tədbirə xüsusi rəng qatmışlar.
Milli geyimlərdə gənclərimiz əllərində Azərbaycan və Litva bayraqları ilə Litva dilində “Qarabağ Azərbaycandır!” şüarı ilə səhnədə incəsənət nümayəndələrini müşaiyət etmişlər.
Sonra tədbir iştirakçılarına xalqımızın milli yeməklərindən nümunələr, içəcəklər təqdim olunmuşdur.
Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər Litvanın digər yerlərində, o cümlədən Klaypeda və Kaunas şəhərlərində də keçiriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin