Qalmaqala səbəb olan intihar - 4 nəfər saxlanıldı (FOTO)

15:26 - 25 Sentyabr 2024

Qalmaqala səbəb olan intihar - 4 nəfər saxlanıldı (FOTO)

İsveçrədə ilk dəfə istifadə edilən intihar cihazı müzakirələrə səbəb olub.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, İsveçrənin Almaniya ilə sərhədində yerləşən Şaffhauzen əyalətində intihar üçün nəzərdə tutulmuş kapsula bənzər cihaz ilk dəfə istifadə edilib.

ABŞ vətəndaşı olan bir qadın bu cihazdan istifadə edərək həyatına son qoyub. Hadisədən sonra polis 4 nəfəri saxlayıb. Prokurorluq hadisə ilə bağlı "intihara kömək etmək və həvəsləndirmək" ittihamı ilə istintaq başlatdığını açıqlayıb.

Cihaz istifadəçi düyməni basdıqda azot qazı buraxaraq oksigen səviyyəsini ölümcül səviyyəyə endirir. Bu prosesdə kapsulda oturan adam huşunu itirir və bir neçə dəqiqə ərzində boğularaq ölür.

Hadisə ilə bağlı həbslərin olduğu bildirilib.

İsveçrədə ilk intihar kapsulu hadisəsi: 4 nəfər saxlanılıb - 2

İsveçrədə ilk intihar kapsulu hadisəsi: 4 nəfər saxlanılıb - 1

İsveçrədə ilk intihar kapsulu hadisəsi: 4 nəfər saxlanılıb - 6

 


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin