Azərbaycanda bu rektor işdən ÇIXARILACAQ

14:58 - 25 Sentyabr 2024

Azərbaycanda bu rektor işdən ÇIXARILACAQ

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov vəzifəsindən azad ediləcək.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, buna səbəb onun deputat seçilməsidir.

Azad Novruzov sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Naxçıvan Ali Məclisinin deputat seçilib. O, Ali Məclisdə 7 saylı Xanlıqlar seçki dairəsini təmsil edəcək

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Ali Məclisin deputatları elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.

Qeyd edək ki, Azad Novruzov 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin olunub.
 


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin