COP29-la bağlı saxta xəbərlər yayan 15 resurs bağlanılıb

12:49 - 25 Sentyabr 2024

COP29-la bağlı saxta xəbərlər yayan 15 resurs bağlanılıb

"COP29-la bağlı saxta xəbərlər, dezinformasiyalar yayılır".

 

Manset.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib.

İ.Musayev bildirib ki, bu xəbərlərdə guya COP29-la bağlı iş yerlərinin açılması, yaxud hansısa maliyyə dəstəyinin göstəriləcəyi kimi feyk məlumatlar olur:

"Bu məlumatları daim analiz edirik. Onların yerləşdirildiyi resursların bloklanması üzrə işlər gedir. Son iki ayda biz tərəfdən həmin dezinformasiya yayan 15 resurs bağlanılıb".


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin