SOCAR prezidenti onlarla birgə mahnı oxudu - VİDEO

09:57 - 25 Sentyabr 2024

SOCAR prezidenti onlarla birgə mahnı oxudu - VİDEO

“Əsrin müqaviləsi”nin imzalanmasının 30 ilinin tamam olması münasibətilə SOCAR kollektivinin keçirilən ziyafətində pozitiv anlar yaşanıb.

 

Manset.az xəbər verir ki, tədbirə qatılan neftçilər, “4 dost” mahnısını ifa ediblər. 

Maraqlıdır ki, bu mahnını həmin zalda ifa edənlər arasında SOCAR prezidenti Rövşən Nəcəf də olub. Daha sonra o, çıxış edərək, hisslərini belə ifadə edib:

“Biz əslində 4 yox, 48, hətta 90 min dostuq. Birlikdə, dost və bir-birimizin yanında olduqca qarşımıza qoyulan bütün hədəflərə çatacağıq”.

Həmin anın görüntülərini təqdim edirik:

 


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin